AZ

Doqquz nəfəri öldürmüş və doğramış yaponiyalı edam edilib

Cebheinfo saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Yaponiyada yerli sakin Takahiro Siraisinin doqquz nəfəri öldürüb doğramasına görə məhkəmənin çıxardığı ölüm hökmü icra edilib.

Bu barədə “Kyodo” məlumatlı mənbələrə istinadən məlumat yayıb.

Agentlik xatırladıb ki, 2017-ci ildə iki ay ərzində Tokioda bir neçə yerli sakin öldürülüb.

Cinayətkar təsadüfən tutulub: itkin düşmüş qızın qardaşı onun şifrələrini bilirdi və nəticədə qatil çıxmış oğlanla yazışmalarını görüb. Şübhəlinin mənzilində axtarış zamanı daha səkkiz nəfərin başları və bədənlərinin digər üzvləri aşkar edilib.

Dindirmə zamanı yaponiyalı cinayətləri törətdiyini etiraf edib və “o qədər çox adam öldürmüşəm ki, artıq kimin kim olduğunu xatırlamıram” deyə əlavə edib. Ölənlərin kimliyini müəyyən etmək üçün DNT ekspertizası aparılıb.

2020-ci ilin dekabr ayında məhkəmə Takahiro Siraisini doqquz nəfəri öldürməkdə təqsirli bilib və onu ölüm cəzasına məhkum edib. (“Report” )

"Cebheinfo.az"

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
12
9
cebheinfo.az

10Mənbələr