AZ

"Neftçi”nin yeni transferi: Kumirim Kriştianu Ronaldudur

BAKI, 27 iyun. TELEQRAF

"Kumirim həmişə Kriştiano Ronaldo olub. Onun “Real Madrid”dəki oyunlarına baxırdım".

Teleqraf xəbər verir ki, bunu "Neftçi"nin yeni futbolçusu Luis Ortis klubun mətbuat xidmətinə açıqlamasında deyib.

Paraqvaylı sol cinah yarımmüdafiəçisi oyunlar zaman əsas xüsusiyyətləri barədə danışıb: "Neftçi”də məqsədim irəliyə getmək, bu mövsüm komandanın hədəflərinə çatması üçün faydalı oyunçu olmaqdır. Düşünürəm ki, əsas üstün xüsusiyyətlərim top qəbulu, zərbə və sürətdir”.

Yada salaq ki, 25 yaşlı futbolçu icarə əsasında 1 il "Neftçi”də çıxış edəcək.

Seçilən
6
2
teleqraf.com

7Mənbələr