AZ

Vətəndaşlardan xəsarət alan yoxdur DİN

Qafqazinfo portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Paytaxtın Yasamal rayonunda yerləşən C.Cabbarlı adına kinostudiyanın pirotexniki vasitələr saxlanılan anbarında partlayışla əlaqədar polis əməkdaşları əraziyə cəlb olunub.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən “Qafqazinfo”ya bildirilib ki, hazırda təhlükəsizlik tədbirləri görülür.

“İlkin məlumata görə vətəndaşlardan xəsarət alan yoxdur, ərazi tam nəzarətə götürülməklə xidmət təşkil olunub. Aidiyyəti qurumlar tərəfindən yanğının söndürülməsi istiqamətində tədbirlər görülür”, - rəsmi məlumatda vurğulanıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
24
36
qafqazinfo.az

10Mənbələr