"İranın nüvə obyektlərinə İsraillə son münaqişə zamanı ciddi ziyan dəyib və İranın Atom Enerjisi Təşkilatı (İAET) dəymiş ziyanın təfərrüatlı qiymətləndirilməsi aparır".
Publika.az xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçı deyib.
"İAET ekspertləri ciddi ziyan qeydə alır. Eyni zamanda, Tehran MAQATE-nin baş direktoru Rafael Qrossinin səfərini məqsədəuyğun hesab etmir ", - diplomat təsdiqləyib.
O aydınlaşdırıb ki, əməkdaşlığın dayandırılması haqqında qəbul edilmiş qanun qarşılıqlı fəaliyyət yollarını bağlamır, əksinə “yeni əməkdaşlıq formatları” tələb edir.