BAKI, 27 iyun. TELEQRAF
Rusiya Baş Prokurorluğunun Dağıstanın dövlət katibi Maqomed-Sultan Maqomedova qarşı qaldırdığı iddia əsasında məhkəməonun əmlakına, habelə 10 şirkətin hesabındakı pula həbs qoyub.
Teleqraf xəbər verir ki, bu barədə Rusiya saytları məlumat yayıb.
İyunun 25-də hüquq-mühafizə orqanlarının əməkdaşları Dağıstanın dövlət katibi və “Anji” futbol klubunun təsisçisi Maqomed-Sultan Maqomedovu saxlayıblar. Bundan əvvəl respublikada və Rusiyanın bir sıra şəhərlərində genişmiqyaslı axtarışlar aparılıb və təhlükəsizlik qüvvələri “külli miqdarda nağd pul ələ keçirib”. Əməliyyatçılar məmurun adı ilə bağlı 50 ünvana baş çəkiblər. Dövlət katibinin saxlanması “Dagnefteprodukt”un qanunsuz özəlləşdirilməsi ilə bağlı aparılan istintaqla bağlıdır.