"Kumirim həmişə Kriştiano Ronaldo olub. Onun “Real”dakı oyunlarına baxırdım".
İdman.biz xəbər verir ki, bunu "Neftçi"nin yeni futbolçusu Luis Ortis klubun mətbuat xidmətinə açıqlamasında deyib.
Paraqvaylı sol cinah yarımmüdafiəçisi oyunlar zaman əsas xüsusiyyətləri barədə danışıb: "Neftçi”də məqsədim irəliyə getmək, bu mövsüm komandanın hədəflərinə çatması üçün faydalı oyunçu olmaqdır. “Düşünürəm ki, əsas üstün xüsusiyyətlərim top qəbulu, zərbə və sürətdir”.
Qeyd edək ki, 25 yaşlı futbolçu icarə əsasında 1 il "Neftçi”də çıxış edəcək.
İdman.biz