“Fiorentina”nın qapıçısı David de Xea Kriştiano Ronaldonun “Əl-Nəsr”lə imzaladığı rekord məbləğli yeni müqaviləsinə yumorla reaksiya verib.
90deqiqe.Az xəbər verir ki, ispan qolkiper bu barədə şəxsi sosial şəbəkə hesabında paylaşım edib.
De Xea portuqaliyalı ulduzun “Yeni fəsil başlayır. Eyni ehtiras, eyni arzu. Gəlin birlikdə tarix yazaq” sözlərini şərh edərək, “Və pulsuz oynamaq” — deyə yazıb və paylaşımına gülən emosi əlavə edib.
Qeyd edək ki, daha əvvəl mediada yayılan məlumatlara görə, Ronaldo yeni müqavilə çərçivəsində iki il ərzində ümumilikdə 575 milyon avro qazanacaq. Hücumçunun gəliri əlavə bonuslarla birlikdə 500 milyon funt-sterlinqi də keçə bilər.