AZ

Siqnal mənbəyi aşkar edildi

60 ildir fəaliyyətsiz olan NASA-nın “Relay 2” peykinin orbitdən göndərdiyi qəfil siqnal alimləri təəccübləndirib. Mütəxəssislərin fikrincə, mümkün səbəblər arasında elektrostatik boşalma və ya mikrometeorit zərbəsi var.

Yer orbitində saysız-hesabsız ölü peyklər var. Bunlardan biri də ABŞ tərəfindən 1964-cü ildə kosmosa buraxılan və 1967-ci ildən bəri heç bir funksiyası olmayan səssizcə Yer ətrafında dövr edən “Relay 2” adlı eksperimental rabitə peykidir. Lakin bu yaxınlarda beynəlxalq tədqiqat qrupu gözlənilmədən bu peykdən gələn bir siqnal aşkar etdi.

ASKAP radioteleskopundan istifadə edən komanda, ilk əvvəl qeyd etdikləri siqnalın nə olduğunu anlaya bilməyib. ArXiv-də yayımlanan araşdırmada komanda, aşkar edilmiş “partlamanın” 10 nanosaniyəlik əsas impulsdan ibarət olduğunu və bunun ardınca cəmi 30 nanosaniyə davam edən daha zəif bir quruluş olduğunu izah etdi. Siqnalın təxminən 4500 kilometr uzaqlıqdan gəldiyi anlaşıldı. Bu, kosmosdan gələn siqnal üçün çox yaxın məsafədir.

Tədqiqatçılar mənbəni araşdırmaq üçün ASKAP teleskopunun yerini və siqnalın vaxtından istifadə ediblər. Həmin an orbitdə olan, təxminən 4322 kilometr uzaqlıqda olan və onilliklər ərzində fəaliyyətsiz qalan “Relay 2” peykinin üst-üstə düşdüyü müəyyən edilib. Ancaq əsl sual 60 ildir ölü sayılan bu peykdən niyə birdən siqnal göndərdi.

Komandanın ilk və ən çox ehtimal olunan nəzəriyyəsi peykin kosmosda plazma ilə qarşılıqlı təsiri nəticəsində elektrostatik yükləndiyi və hansısa anda qəfil elektrostatik boşalmanın (ESD) meydana gəldiyidir. Tədqiqatçılar ESD-nin peykin aktiv olub-olmamasından asılı olmadığını və buna bənzər hadisələrin əvvəllər də müşahidə edildiyini bildiriblər.

İkinci ehtimal isə mikrometeoritin peykin səthinə düşməsi və plazma buludunun yaranmasıdır. Belə bir təsir ətraf mühitdə qısa müddətli elektrik dəyişikliyinə səbəb ola bilər, siqnal yarada bilər. Tədqiqatçılar bu ehtimalın daha az olduğunu bildirdilər.

Bu yaxınlarda Yerə daha bir ölü peyk düşmüşdü; ekspertlər oxşar hadisələrin gələcəkdə də baş verə biləcəyini vurğulayırlar.

Seçilən
12
vaxt.az

1Mənbələr