AZ

İspaniya klubunun futbolçusu avtomobil qəzasında dünyasını dəyişdi

"Las-Palmas" klubunun müdafiəçisi Zeben Ramos avtomobil qəzası nəticəsində aldığı xəsarətlərdən dünyasını dəyişib.

Sportal.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Futbolçunun 23 yaşı var idi. Hadisə 9 iyun tarixində Kanar adalarında yerləşən Arukas bələdiyyəsində baş verib. Hadisədən sonra aldığı xəsarətlərdən bu gün dünyasını dəyişən futbolçu üçün klub bəyanat yayıb:

"Bütün klub adından Zeben Ramosun ailəsinə, dostlarına və komanda yoldaşlarına dərin hüznlə başsağlığı veririk."

Qeyd edək ki, Ramos 2024-cü ildə "Las-Palmas"ın üçüncü komandasına qoşulmuşdu. Bundan əvvəl o, "San-Isidro", "Xia", "Akodetti", "Ueska", "San-Fernando", "Beserril" və "La Atalaya" kimi klublarda çıxış edib.

saytlarin hazirlanmasi

Seçilən
22
sportal.az

1Mənbələr