Azərbaycanın 15 yaşadək sərbəst güləşçilərdən ibarət milli komandası İtaliyaının Kaorle şəhərində keçirilən Avropa çempionatında tarixi uğura imza atıb.
Offsideplus.az xəbər verir ki, idmançılarımız yarışda 2 qızıl, 4 gümüş və 1 bürünc medal qazanıblar.
Yığmamız komanda hesabında ikinci dəfə Avropa çempionu olub.
Güləşçilərimizdən Hüseyn Rzazadə (41 kq) və Elgün Kərimli (85 kq) bütün rəqiblərni məğlub edərək qitə çempionu tituluna yiyələniblər.
Yalnız finalda uduzan Cavanşir Süleymanov (38 kq), İbrahim Həsənov (44 kq), Əkbər Əsgərov (48 kq) və Məhəmməd Həsənli (62 kq) gümüş medala layiq görülüblər.
Xəyal Şükürlü (68 kq) isə bürünc medalla kifayətlənib.
Yığmamız 2-ci yeri tutan Ermənistanı 47 xal qabaqlayıb. İlk “3-lüy”ü Ukrayna kollektivi (91 xal) qapayıb.
Qeyd edək ki, 161 xal sərbəst güləş üzrə milli komandamızın bu yaş qrupunda yeni rekordudur. Buna qədər ən yaxşı göstərici 2023-cü ildə qeydə alınmışdı. Həmin vaxt yığmamız 145 xalla 2-ci yeri tutmuşdu.