Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Qətər Əmiri Şeyx Təmim bin Hamed Əl Sani ilə telefon danışığı aparıb. Dialoq zamanı Türkiyə-Qətər münasibətləri ilə yanaşı, regional və qlobal məsələlər müzakirə olunub.
Sherg.az xəbər verir ki, Prezident Ərdoğan, söhbət zamanı Türkiyənin Qətərin suverenliyini pozan istənilən hücumu qınadığını bildirib və ölkəsinin hər zaman "qardaş Qətər xalqının yanında" olduğunu vurğulayıb.
Ərdoğan həmçinin NATO Zirvəsi çərçivəsində İran və İsrail arasında artan hərbi gərginliklə bağlı qarşı tərəflərlə danışıqlar apardığını, tərəflərin faktiki atəşkəs rejiminə riayət etmələrinin və əldə olunan sakitliyin daimi hala gəlməsinin vacibliyini qeyd edib.