AZ

Kritik nüvə qərarı

İranın Konstitusiya Keşikçiləri Şurası BMT-nin Beynəlxalq Atom Enerjisi Agentliyi (MAQATE) ilə əməkdaşlığını dayandırmaq üçün parlamentin göndərdiyi qanun layihəsini təsdiqləyib.

Xəbər İran Gənc Jurnalistlər Klubunun (YJC) saytında dərc olunub. İran parlamenti dünən MAQATE ilə əməkdaşlığa son qoymaq üçün qanun layihəsini təsdiqləyib.

İran parlamentinin sədri Məhəmməd Baqer Qalibaf qanun layihəsinin dünən parlamentdə təsdiqindən sonra açıqlama verib.

Qalibaf, “İranın Atom Enerjisi Təşkilatı nüvə obyektlərimizin təhlükəsizliyi tam təmin olunana qədər Beynəlxalq Atom Enerjisi Agentliyi ilə əməkdaşlığı dayandırır”, – deyib.

Seçilən
2
vaxt.az

1Mənbələr