Türkiyənin Bilecik bölgəsində yerləşən Huzurevi yaşlı baxım və reabilitasiya mərkəzində qalan 83 yaşlı Mürüvvət Türksoyun illər əvvəl qurduğu arzu – təyyarə sürmək – reallığa çevrildi.


Sherg.az xəbər verir ki, mərkəzin apardığı "21 yaşına dönsəydiniz nə edərdiniz?" sorğusunda Mürüvvət xanım "Təyyarə sürmək istərdim" cavabını vermişdi. Onun bu arzusu Ailə və Sosial Xidmətlər İl Müdirliyinin təşəbbüsü ilə İnönü Türk Hava Qurumu Aviasiya Təlim Mərkəzində həyata keçirildi.

Türksoy burada planör (mühərriksiz təyyarə) ilə uçuş həyata keçirdi. İl Müdiri İlkay Türkoğlu, böyüklərin xəyallarını reallaşdırmaqdan məmnun olduqlarını bildirərək bu kimi sosial layihələrin davam edəcəyini qeyd edib.