Ankarada 14-cü mərtəbədən yıxılaraq həyatını itirən Şeyma Gökçənin ölümü ilə bağlı cinayət işi üzrə əsas şübhəli Hüseyn Uyucuya qarşı qəsdən adam öldürmə maddəsi ilə ağırlaşdırılmış ömürlük həbs cəzası tələb olunub.
Sherg.az xəbər verir ki, İttiham aktında bildirilib ki, hadisə intihar deyil, cinayətdir. Hüseyn Uyucunun evində dava-dalaş izləri, qan ləkələri və sındırılmış əşyalar aşkar edilib. Polis mənzilə çilingirlə daxil olduqda, Uyucu yatmış vəziyyətdə tapılıb və tutularaq istintaqa cəlb edilib.
Şeymanın anası və şahidlər onun intihar etmədiyini, Uyucunun zorakılığına məruz qaldığını bildirib. Prokurorluq, Şeymaya narkotik verilib, müqaviməti zəiflədilib və 40 metr hündürlükdən atılaraq qətlə yetirildiyi qənaətinə gəlib.