AZ

Bu ölkə veto qoydu, Ukrayna dəstəkdən MƏHRUM OLDU

Avrop İttifaqı sammitində Kiyevi dəstəkləyən bəyanat qəbul oluna bilmədi, sənəd Macarıstan tərəfindən bloklandı.

Publika.az xəbər verir ki, bu barədə Avropa Şurasının mətbuat xidmətinin yaydığı sənəddə deyilir.

“Avropa Şurası növbəti iclasında bu məsələni müzakirə etmək üçün qayıdacaq”, - bəyanatda deyilir.

Sənəddə həmçinin qeyd olunub ki, yekun bəyanat layihəsi Aİ-nin 27 ölkəsindən 26-sı tərəfindən qəti şəkildə dəstəklənib.

Bundan əvvəl Macarıstanın Baş naziri Viktor Orban qeyd edib ki, NATO-nun Şimali Atlantika Alyansının üzvü olmadığı üçün Ukrayna ilə heç bir əlaqəsi yoxdur.

Seçilən
7
1
publika.az

2Mənbələr