AZ

"Barselona"nın yarımmüdafiəçisi komandanı tərk edə bilər

"Barselona"nın yarımmüdafiəçisi Pablo Torre "Malyorka"ya keçə bilər.

Sportal.az xəbər verir ki, "Marca" nəşrinin məlumatına görə, klublar transferlə bağlı irəliləmiş danışıqlar aparır. "Malyorka" Torre ilə uzunmüddətli müqavilə imzalamağı planlaşdırır. Hazırda tərəflər transfer məbləğini və "Barselona"nın növbəti transferdən alacağı faiz payını müzakirə edir.

Bundan əlavə, katalon klubunun futbolçunu geri alma hüququnun müqavilədə əks olunması da gözlənilir.

Torre ilə "Barselona" arasında hazırkı müqavilə 2026-cı ilə qədər qüvvədədir.

saytlarin hazirlanmasi

Seçilən
17
sportal.az

1Mənbələr