Nyu-Cersi ştatında ibtidai məktəb müəllimi şagirdlərindən birinə illərlə təcavüz etdiyi iddiası ilə mühakimə olunur.
Keyp May Kaunti Prokurorluğu, Middl Taunşip ibtidai məktəbinin 5-ci sinif müəllimi olan 34 yaşlı Laura Karonun evində yaşayan şagirdlə “uyğun olmayan cinsi əlaqədə olmaqda” ittiham edildiyini açıqlayıb.
İddialara görə, zorakılıq 2016-cı ildə oğlanın 11 yaşı olanda başlayıb və 2020-ci ildə 15 yaşına çatana qədər dörd il davam edib.
Polis, ötən il qurbanın atasının “Facebook”da Karonun 5 yaşlı uşağının oğluna bənzədiyini iddia edən xəbəri aldıqdan sonra araşdırmalara başlayıb.
Karonun oğlana və qardaşına repetitorluq etdiyi bildirilir.
Məhkəmə sənədlərinə görə, oğlan polisə Karonla cinsi əlaqədə olduğunu və onun azyaşlı uşağının atası olduğunu təsdiqləyib. Sənədlərə görə, uşaq qurbanın 13 yaşı olanda doğulub.
Karonun bir dostu, müttəhimin yeni doğulmuş uşağı üçün körpə ziyafəti də təşkil etdiyini deyib.
Yanvar ayında həbs edilən Karon “ağırlaşdırılmış cinsi təcavüz” və “uşağın psixologiyasını təhlükə altına almaq” ittihamları ilə günahlandırılır.