AZ

Qırğızıstan yeni qanun qəbul edib

ain.az, Gununsesi portalına istinadən məlumat yayır.

Qırğızıstanda parlament dövlət dilinin tətbiqi haqqında qanunu qəbul edib.

Gununsesi.info xəbər verir ki, yeni qanuna görə, qırğız dilini bilməyənlər parlamentin üzvü seçilə bilməz.

Həmçinin hüquq-mühafizə, məhkəmə-ədliyyə sistemində, bankda çalışa bilməz, hökumət kabinetində təmsil oluna bilməz.

Məktəblərdə qırğız dilindən yazılı və şifahi imtahan vermək məcburi olacaq. Televiziya-radiolarda məzmunun 60 faizdən çoxu da qırğız dilində olmalıdır.

Eyni zamanda bütün elan və reklamlar qırğızca böyük şriftlərlə yazılmalıdır, daha sonra rus dilində.

Qeyd edək ki, Qırğızıstanda rus dilinin rəsmi statusu var və əksəriyyət bu dildə danışır.

Gununsesi.info

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
30
icma.az

1Mənbələr