2025/2026 mövsümünə hazırlaşan “Neftçi” ikinci transferini rəsmiləşdirib.
Offsideplus.az xəbər verir ki, "ağ-qaralar" paraqvaylı sol cinah yarımmüdafiəçisi Luis Ortisi heyətə cəlb ediblər.
25 yaşlı futbolçu 1 il müddətinə icarəyə götürülüb.
Ortis bu vaxta qədər yalnız vətənində çıxış edib. O, “Sportivo Ameliano” klubuna məxsusdur.
Yarımmüdafiəçi axırıncı komandasında bu ilin əvvəlindən etibrən 22 matçda 3 qol vurub və 2 məhsuldar ötürmə edib.
Xatırladaq ki, mövsümlərarası fasilədə "Neftçi"nin ilk transferi Benin yığmasının və Kiprin "Apollon Limassol" klubunun üzvü Sessi D'Almeyda olub.
Bakı təmsilçisi çempionat başa çatdıqdan sonra 12 futbolçu ilə yollarını ayırıb.