"Real Madrid" klubunun hücumçusu Kilian Mbappe "Paris Sen-Jermen"ə qarşı harasment (mənəvi təzyiq və ya təhqiredici davranış) bağlı şikayət edib.
Publika.az AFP-yə istinadla xəbər verir ki, Paris prokurorluğu məsələ ilə bağlı araşdırmalara başlayıb.
Mənbənin sözlərinə görə, Mbappe 2025-ci ilin mayında PSJ-yə iddia qaldırıb. O, 2023-cü ildə klubdan "mənəvi təzyiq" və təqiblərdən şikayətlənib. Daha sonra ayrılmaq istəyinə görə PSJ Kilianı məşqlərdən və matçlardan uzaqlaşdırıb. Futbolçu yalnız “konstruktiv danışıqlardan” sonra (medianın ifadəsi) sonra heyətə qaytarılıb.
Əsas mənbə qeyd edib ki, Mbappenin vəziyyətindən əlavə PSJ-nin bu cür davranışına dair bir neçə hadisə qeydə alınıb. 26 iyun 2025-ci ildə Paris klubuna qarşı istintaq başladılıb.