AZ

Havada panika

ABŞ-da “American Airlines” şirkətinə məxsus təyyarə uçuş zamanı mühərrikindən alov və tüstü çıxdıqdan sonra havaya qalxdığı hava limanına qayıtmaq məcburiyyətində qalıb.

“ABC News”un məlumatına görə, hadisə dünən Las-Veqasda baş verib. Səlahiyyətlilərin hadisə ilə bağlı verdiyi məlumata görə, havada olarkən təyyarənin mühərrikindən alov və tüstü qalxdığı görülüb. Daha sonra sərnişin təyyarəsi Las-Veqasdakı Harri Rid Beynəlxalq Hava Limanına qayıdıb. Təyyarənin təhlükəsiz eniş etdiyi və xəsarət alan olmadığı açıqlanıb.

***

“Flightradar24” təyyarə izləmə sistemindən alınan məlumata görə, 1665 saylı reys yerli vaxtla saat 08:11 radələrində havaya qalxıb. Təyyarə Şimali Karolinadakı Şarlottaya getməli idi. Aviaşirkətin sözçüsü havaya qalxdıqdan sonra təyyarənin sol mühərrikindən tüstü çıxdığını bildirib. Sosial mediada paylaşılan görüntülərdə uçuş zamanı təyyarənin mühərrikindən alov və tüstü çıxdığı görülüb.

Təyyarə yerli vaxtla saat 08:20 radələrində qalxdığı hava limanına qayıdıb. Şirkət açıqlamasında bildirib ki, təyyarənin mühərrikinin alovlandığına dair heç bir dəlil yoxdur.

Hadisə zamanı “Airbus A321” tipli təyyarədə 153 sərnişin və 6 ekipaj üzvü olduğu və təyyarənin texniki xidmət üçün xidmətdən çıxarıldığı bildirilib. Federal Aviasiya Administrasiyası (FAA) hadisənin araşdırılacağını açıqlayıb.

Seçilən
7
vaxt.az

1Mənbələr