AZ

Keniyada etirazlar zamanı 300-ə yaxın polis yaralanıb

İyunun 25-də Keniyanı bürümüş etirazlar zamanı 300-ə yaxın polis əməkdaşı yaralanıb.

Ucnoqta.az xəbər verir ki, Keniyanın daxili işlər və milli hökumətin əlaqələndirilməsi naziri Onesimus Kipçumba Merkomen bildirib. Bundan əlavə, beş odlu silah oğurlanıb.

Etirazları Keniya prezidenti Uilyam Rutonun administrasiyasını devirmək planı adlandıran rəsmi bildirib ki, “ümumi 400 nəfər yaralanıb ki, onlardan 300-ə yaxın polis və 100-ə yaxın mülki şəxsdir.

Onun sözlərinə görə, etirazlar zamanı ondan çox adam da həlak olub. Daha əvvəl “Reuters” agentliyi Amnesty International qeyri-hökumət təşkilatının Keniya bölməsinə istinadən azı 16 nəfərin öldüyünü bildirmişdi.

Seçilən
3
ucnoqta.az

1Mənbələr