"Sabah"ın yarımmüdafiəçisi Anatoli Nuriyev gələcəyi ilə bağlı qərar verib.
Offsideplus.az xəbər verir ki, 29 yaşlı futbolçu "bayquşlar"ın heyətində çıxışını davam etdirəcək.
Belə ki, o, "Sabah"la başa çatmaqda olan müqaviləsinin müddətini 1 illiyə uzadıb.
Azərbaycan milli komandasına da dəvət olunan Nuriyev 2022-ci ildən Bakı klubunun şərəfini qoruyur. Bu müddət ərzində 105 matçda 12 qol vurub.
Qeyd edək ki, "Sabah" rəhbərliyi bu gün əsas qapıçısı Stas Pokatilovla da 1 illiyə yeni müqavilə bağlayıb.