“Barselona”nın prezidenti Joan Laporta Kataloniya klubunun əzəli rəqibi, İspaniya nəhəngi “Real”la rəqabətdən söhbət açıb.
Arena.az “Mundo Deportivo” nəşrinə istinadən məlumat verir ki, Laporta adəti üzər əsas rəqibini “sancmağından” qalmayıb:
“Bizim müxtəlif duyğularımız var. Onlar hakimiyyət duyğusuna malikdirlər, biz isə eyniyyət duyğusuna. Hər kəs özünün olanı müdafiə edir. Biz müvafiq rəqabət əlaqəsindən qidalanırıq, amma təsisati bir hörmətlə. Biz futbolun inkişafına kökündən qoyuluş edirik. Biz istedadlar ərsəyə gətiririk. Onlar isə bazara yollanırlar. Onların öz məzunları azdır. Bu, bizə kim olduğumuzla fəxr etməyə əsas verir. Biz bir klubdan daha böyüyük”, deyə Laporta vurğulayıb.
Xatırladaq ki, “Barselona” 2024/2025-ci illər mövsümünün İspaniya Super Kubokuna, İspaniya Kral Kubokuna və İspaniya La Liqasına sahib olub. “Barselona” yalnız Çempionlar Liqasının yarımfinalında büdrəyib. İtaliya nəhəngi “İnter” Kataloniya təmsilçisinin finala çıxmasına imkan verməyib (səfərdə 3:3; evdə 4:3, əsas vaxt 3:3).
“Real” isə cari mövsümdə UEFA Super Kubokunu, FIFA Qitələrarası Kuboku qazanıb, İspaniya çempionluğunu, kubokunu və superkubokunu isə əzəli rəqibi “Barselona”ya uduzub.