AZ

ABŞ-ın 16 il hazırlaşdığı əməliyyat

ABŞ-ın İranın yeraltı nüvə obyektlərini məhv etmək üçün lazım olan silahları yox idi, buna görə də Fordo obyektini sıradan çıxarmaq üçün "GBU-57" (Massive Ordnance Penetrator) bombası yaradılıb.

Publika.az xəbər verir ki, bu barədə Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri, general Den Keynə istinadla “The Washington Post” qəzeti yazıb.

“General Den Keyn jurnalistlərə bildirib ki, ABŞ-ın İrandakı məxfi nüvə obyektinə hücumu illərlə davam edən planlaşdırmanın kulminasiya nöqtəsi olub”, - məlumatda deyilir.

Keyn bildirib ki, Pentaqonun iki analitikindən ibarət komanda 2009-cu ildən bəri İranın Fordo sahəsi ilə bağlı planlarını, o cümlədən ərazinin geologiyasını və istehkamlarının planını öyrənir.

"Onlar ABŞ-ın belə bir obyekti vura biləcək silahlara malik olmadığı qənaətinə gəliblər. Massive Ordnance Penetrator (MOP), yerə nüfuz etmək və səthin altındakı hədəfləri məhv etmək üçün hazırlanıb", - WP 13 tonluq MOP bombası haqqında yazıb.

Seçilən
12
publika.az

1Mənbələr