Avropa Liqasının 1-ci təsnifat mərhələsində “Sabah”ın rəqibi olan “Sele” heyətini yeni futbolçu ilə gücləndirib.
İdmanxeber.az-ın məlumatına görə, Sloveniya klubu Rasinq Ferrol” klubu ilə müqaviləsi başa çatan David Kastronu transfer edib. 29 yaşlı futbolçu ilə iki illik müqavilə bağlanıb.
Qeyd edək ki, “Sabah” “Sele” ilə ilk oyununu iyulun 10-da Bakıda keçirəcək.
Komandalar arasındakı cavab görüşü isə bir həftə sonra Sloveniyada baş tutacaq.