Ermənistanda hakimiyyətin silahlı yolla ələ keçirilməsi cəhdi ilə bağlı artıq 15 nəfər həbs edilib.
Publika.az xəbər verir ki, bu barədə Ermənistan İstintaq Komitəsi məlumat yayıb.
Məhkəmə istintaqın təqdim etdiyi bütün vəsatətləri təmin edib və təqsirləndirilən şəxslər, o cümlədən “Müqəddəs mübarizə” hərəkatının lideri, arxiyepiskop Baqrat Qalstanyan barəsində həbs qətimkan tədbiri seçilib.
İstintaq Komitəsi bildirib ki, axtarışlar zamanı elektrik naqillərini və internet bağlantılarını zədələmək üçün nəzərdə tutulmuş çoxsaylı yanar əşyalar aşkar edilib.
Vəkil Aleksandr Koçubayevin sosial şəbəkədə verdiyi məlumata görə, onun müvəkkili Armen Aleksanyan səhvən həbs edilib.