AZ

İsrailin Yaxın Şərqdə atəşkəslə bağlı bəyanatları Rusiyanı təşvişə saldı

Rusiya İsrailin Yaxın Şərqdə atəşkəsin yalnız pauza olduğunu, bundan sonra İrana qarşı hərbi əməliyyatın davam edə biləcəyi barədə bəyanatlarından ehtiyatlanır. Bu, həm də digər iştirakçıların, o cümlədən ABŞ prezidenti Donald Trampın bəyanatlarına ziddir.

Publika.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.

"Təəssüf ki, İsrailin Baş Qərargah rəisi deyib ki, hələlik atəşkəs qüvvədədir, lakin bu, ilk növbədə ona görədir ki, biz HƏMAS ilə başladığımız işi başa çatdırmalıyıq və sonra mütləq İrana qarşı əməliyyatı davam etdirməyə qayıdacağıq. Bu, narahatedicidir və bu vəziyyətdə iştirak edən demək olar ki, bütün digər iştirakçıların bəyanatlarına ziddir", - deyə Lavrov vurğulayıb.

Adəm

Seçilən
9
publika.az

1Mənbələr