AZ

Rəşad Sadıqov Qurbanovdan xahiş etdi: O futbolçunu istəyir

ain.az, Idmanxeber.az portalına istinadən məlumatı açıqlayır.

“Qarabağ”ın aparıcı üzvü “Zirə” klubunda çıxış edə bilər.

İdmanxeber.az-ın əldə etdiyi məlumata görə, söhbət Kevin Medinadan gedir. “Zirə”nin baş məşqçisi Rəşad Sadıqov “Qarabağ”ın kolumbiyalı müdafiəçisini  heyətində görmək istəyir.

Təcrübəli mütəxəssis kolumbiyalının transferi ilə müdafiə xəttinin güclənəcəyini düşünür. Sadıqov artıq Medina üçün Qurban Qurbanova müraciət edib.

“Zirə”nin çalışdırıcısı onu bir illik icarəyə götürmək istədiyini bildirib. Qurban Qurbanov həmkarından düşünmək üçün vaxt istəyib.

Ağdam klubunun baş məşqçisi yaxın günlərdə transferlə bağlı konkret qərarını verəcək.

Xatırladaq ki, Medinanın “Qarabağ”la müqaviləsinin müddəti 2027-ci ilə qədərdir. 

Fərid Nəsibov

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
11
1
idmanxeber.az

2Mənbələr