Türkiyənin Enerji və Təbii Sərvətlər naziri Alparslan Bayraktar Bloomberg-ə verdiyi açıqlamada, Səudiyyə Ərəbistanını enerji nəhəngi "Acwa Power"ın Türkiyədə 5 gigavata qədər bərpaolunan enerji istehsalına sərmayə yatıracağını və bu layihənin 2 gigavatlıq ilk hissəsi üçün müqavilənin yaxın günlərdə imzalanacağını bildirib.
Marja xəbər verir ki, Bayraktar, şirkətin Sivas və Karaman Taşelidə hər biri 1 giqavatlıq iki ayrı günəş elektrik stansiyası quracağını və investisiya ilə bağlı son hüquqi proseslərin davam etdiyini bildirib.
Bayraktar, ""Acwa Power" onsuz da Türkiyədə təbii qaza sərmayə qoymuşdur. İndi 5 gigavatlıq bərpaolunan enerji layihəsi üçün rekord sərmayə ilə, birbaşa xarici sərmayə ilə gəlirlər" deyib.
"Acwa Power"ın Türkiyəyə ilk sərmayəsi olan Kırıkkaledəki təbii qazla çalışan elektrik stansiyası 2017-ci ildə açılıb. Stansiya 950 meqavat gücündədir.
Keçən il yüksək səviyyəli rəsmilər Bloomberg-ə Acwa-nın Türkiyəyə 5 milyard dollar sərmayə yatırmağa hazırlaşdığını bildirmişdilər.