MLS oyunçularının Assosiasiyası 2025-ci ilin may ayına olan hesabat əsasında cari müqaviləri üzrə oyunçuların əməkhaqqını açıqlayıb.
Arena.az məluat verir ki, “İnter Mayami”nin kapitanı, 38 yaşlı argentinalı veteran ulduz hücumçu Lionel Messi ardıcıl ikinci ildə MLS-in ən ödənişli oyunçusu ünvanına sahib olub.
Hesabatda müqavilələri əsasında oyunçuların əsas maaşı, orta illik zəmanətli təzminat haqqı, həm əsas ödəniş və həm də əlavə üstəliklərin məbləğləri göstərilib. “Leo”nun əsas əməkhaqqı ildə 12 milyon ABŞ dolları məbləğindədir, zəmanətli əlavə üstəliklərlə isə Messi ildə 20,4 milyon ABŞ dolları məbləğində qazanc götürür. “Leo” hər iki göstərici üzrə mütləq birincidir.
MSL-in ən ödənişi oyunçularından ibarət onluğu təqdim edirik:
- Lionel Messi (“İnter Mayami”) – 20,4 milyon ABŞ dolları;
- Lorentso İnsinye (“Toronto”) – 15,4 milyon ABŞ dolları;
- Serxio Buskets (“İnter Mayami”) – 8,8 milyon ABŞ dolları;
- Migel Almiron (“Atlanta Yunayted”) – 7,9 milyon ABŞ dolları;
- İrvin Losano (“San-Dieqo”) – 7,6 milyon ABŞ dolları;
- Federiko Bernardeski (“Toronto”) – 6,3 milyon ABŞ dolları;
- Emil Forsberq (“Nyu-York Red Bullz”) – 6,03 milyon ABŞ dolları;
- Jordi Alba (“İnter Mayami”) – 6 milyon ABŞ dolları;
- Riki Puç (“Los-Anceles Qelaksi”) – 5,8 milyon ABŞ dolları;
- Jonatan Bamba (“Çikaqo Fayr”) – 5,6 milyon ABŞ dolları.