AZ

İsrail Cənubi Livana hava zərbələri endirdi


İsrail ordusu Cənubi Livana yeni hava zərbələri endirib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə ölkənin Müdafiə Ordusunun (IDF) mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, zərbələrin məqsədi şiə “Hizbullah” təşkilatının hərbi qanadına məxsus iki radikalın zərərsizləşdirilməsi olub.
“Birinci zərbə Livanın Baraşit kəndi yaxınlığında həyata keçirilib. Nəticədə “Radvan” adlı elit dəstələrin tərkibində olan bir bölmənin komandiri məhv edilib. İki saat sonra, Beyt-Lif kəndi ərazisində “Hizbullah”ın daha bir döyüşçüsü hədəfə alınıb və zərərsizləşdirilib”, - IDF-nin məlumatında deyilir.
Seçilən
5
4
yeniavaz.com

10Mənbələr