İran lazım bildiyi zaman ABŞ-ın Yaxın Şərqdəki "mühüm mərkəzlərinə" qarşı tədbir görəcək.
Publika.az xəbər verir ki, bunu İranın ali dini lideri Ayətullah Əli Xamenei deyib.
"Böyük bir hadisə baş verdi. İranın regiondakı mühüm mərkəzlərə çıxış əldə edə bilməsi və lazım gəldikdə ABŞ-ın bölgədəki mühüm mərkəzlərinə qarşı tədbir görə bilməsi - bu, kiçik hadisə deyil, böyük hadisədir. Gələcəkdə bunun təkrarlanması mümkündür. Təcavüz olduğu halda, şübhəsiz ki, düşmənin və işğalçının itkiləri yüksək olacaqdır”, - Xamenei xəbərdarlıq edib.
O, İranın Qətərdəki Amerika Əl-Udeid bazasına zərbələr endirməsini ABŞ-ın üzünə güclü sillə adlandırıb.
İsrail iyunun 13-nə keçən gecə İranı gizli hərbi nüvə proqramını həyata keçirməkdə ittiham edərək ona qarşı əməliyyata başlayıb. Qrupların havadan bombardmanlarının və basqınlarının hədəfi nüvə obyektləri, generallar, görkəmli nüvə fizikləri və hava bazaları olub.