Bizimyol saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.
Rusiya tərəfi İsrailin və İranın atəşkəsə riayət etməyə hazır olması barədə xəbərləri alqışlayır, hərbi eskalasiyanın volanının dayandırılacağına ümid var.
Bizimyol.info xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə deyib.
“Deyə bilərəm ki, biz İran və İsrailin atəşkəsə əməl etməyə hazır olması barədə xəbərləri alqışlayırıq. ABŞ-ın 22 iyunda qoşulduğu İsrailin İrana qarşı təcavüzkar qanunsuz hərəkətləri ilə 13 iyun 2025-ci ildə başlayan ən təhlükəli hərbi eskalasiyanın dayandırılacağına ümid var”, - deyə XİN nümayəndəsi qeyd edib.
Rusiya diplomatik agentliyinin rəsmi nümayəndəsi həmçinin qeyd edib ki, İran ətrafında münaqişə ilə bağlı MAQATE-nin reputasiyasına dəyən ziyana görə ABŞ və İsrail məsuliyyət daşıyır.
Qadir, Bizimyol.info
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.