MLS-də (ABŞ və Kanadanın ən yüksək futbol liqası) çıxış edən futbolçuların 2025-ci il üzrə maaşları açıqlanıb.
Publika.az xəbər verir ki, bu barədə məlumat MLS oyunçuları assosiasiyasının rəsmi saytında yerləşdirilib və 23 may 2025 tarixinə qədər qüvvədə olan müqavilələri əhatə edir.
Ən çox qazanan futbolçu, gözlənildiyi kimi, "İnter Mayami"nin ulduzu Lionel Messidir. Onun illik gəliri 20 milyon 446 min 667 dollardır. Bu məbləğin 12 milyonu əsas maaşdır, qalanı isə müqaviləyə əsasən hesablanan bonuslardır.
İkinci yerdə "Toronto"nun italiyalı ulduzu Lorenso İnsinye qərarlaşıb. Onun illik gəliri 15 milyon 400 min dollardır, bunun 7,5 milyonu məvacibdir.
Üçüncü sırada Messi ilə eyni komandada çıxış edən Serxio Buskets yer alır – 8 milyon 774 min dollar (bunların 8,499 milyonu maaşdır).