BAKI, 26 iyun. TELEQRAF
Ermənistan Azərbaycanla sülh sazişini imzalamağa tam hazırdır.
Teleqraf xəbər verir ki,bu barədə Ermənistan xarici işlər nazirinin müavini Vaan Kostanyan hökumət iclasından sonra keçirdiyi brifinqdə bildirib.
"Ermənistan Azərbaycanla sülh sazişini imzalamağa hazırdır bu sənədin dünyanın hansı şəhərində imzalanacağının bizim üçün önəmi yoxdur. Əsas məsələ bu prosesin baş tutmasıdır və bu, bizim üçün prioritetdir", – o vurğulayıb.
Nazir müavini həmçinin əlavə edib ki, Ermənistan və Azərbaycan bu sənədin imzalanması ilə bağlı mövqelərini artıq ortaya qoyublar və bundan sonra tərəflər tərəfindən hər hansı yeni mövqe açıqlanmayıb.