AZ

“Karvan” Müştaqov və İsmayılovla da vidalaşdı

2025/2026-cı illər mövsümündə Azərbaycan Premyer Liqasında mübarizə aparacaq “Karvan” daha iki futbolçusu ilə yollarını ayırıb.

Arena.az xəbər verir ki, bu barədə Yevlax təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Bölgə klubu İzzət Müştaqov və Elvin İsmayılovla vidalaşıb. Hər iki oyunçunun başa çatmış müqavilələrinin müddəti uzadılmayıb. Klub onlara xidmətləri üçün təşəkkür edib, gələcək karyeralarında uğurlar arzulayıb.

Xatırladaq ki, “Karvan” daha öncə Ezekiel Morqan, Emil Qasımov və Bəhruz Teymurovla da yollarını ayırmışdı.

Yevlax təmsilçisi 2024/2025-ci illər mövsümündə Birinci Liqada üçüncü yeri tutub və Premyer Liqaya vəsiqə qazanıb.

Seçilən
8
8
arena.az

9Mənbələr