AZ

“Tramp nüvə obyektlərinə vurulan zərərin miqyasını şişirdir” – Xamenei


“ABŞ Prezidenti Donald Tramp qəsdən ABŞ Silahlı Qüvvələrinin İranın nüvə obyektlərinə vurduğu zərərin miqyasını şişirdib”.
Yeniavaz.com
xəbər verir ki, bunu İranın ali lideri Ayətullah Əli Xamenei deyib.
“Onlar bizim nüvə obyektlərimizi vurublar – bu artıq özü-özlüyündə beynəlxalq məhkəmələrdə cinayət təqibinə layiqdir. Lakin onlar əslində heç bir ciddi ziyan vura bilməyiblər”, – deyə o, İran xalqına müraciətində bildirib.
Xameneinin sözlərinə görə, Tramp zərərin miqyasını bilərəkdən şişirdib:
“Çünki aydın oldu ki, bu ona lazım idi. ABŞ heç nəyə nail ola bilmədi, məqsədinə çatmadı və indi zərəri şişirdərək həqiqəti gizlətməyə çalışır”.
Seçilən
13
yeniavaz.com

1Mənbələr