AZ

Kristian Kivu: “İnter” mərhələ adlamaqla işini yerinə yetirdi”

“İnter”in baş məşqçisi Kristian Kivu FIFA Klub Dünya Kubokunun qrup mərhələsinin 3-cü turunun “River Pleyt”lə oyununu (2:0) şəth edib.

Arena.az FIFA-nın rəsmi saytına istinadən, 44 yaşlı rumın mütəxəssisin müvafiq açıqlamasını təqdim edir:

“Ən əsası, biz öz işimizi yerinə yetirdik. Biz mərhələni adladıq. Birinci hissədə oyun çox ağır idi. İkinci hissədə isə biz oyunun gedişinə daha yaxşı nəzarət edirdik. Biz məkana daha yaxşı nəzarət edirdik, rəqibin qırmızı vərəqə almasından sonra isə işimiz daha da asanlaşdı”, deyə Kivu vurğulayıb.

3 turdan sonra “İnter” 7 xalla “E” qrupunu 1-ci pillədə tamamlayıb. “Monterrey” 5 xalla 2-ci, “River Pleyt” 4 xalla 3-cü olub. “Urava Red Daymonds” isə yarışı xalsız bitirib.

1/8 final mərhələsinə vəsiqə qazanmış “İnter” “Fluminense” ilə qarşılaşacaq. “Monterrey” isə Dortmund “Borussiya”sı ilə üzləşəcək.

Seçilən
6
1
arena.az

2Mənbələr