AZ

"Arsenal" İngiltərə millisinin üzvü ilə müqavilə imzaladı - RƏSMİ

İngiltərənin "Arsenal" klubunda yeni müqavilə qeydə alınıb.

Sportal.az xəbər verir ki, London təmsilçisi Maylz Lyuis-Skellinin sözləşməsinin müddətini uzadıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

18 yaşlı sol cinah müdafiəçisi 2030-cu ilin yayına kimi Premyer Liqa klubuna məxsus olacaq.

Qeyd edək ki, Maylz Lyuis-Skelli "Arsenal"ın yetirməsidir. İngiltərə millisinin üzvü olan gənc futbolçu ötən mövsüm "topçular"ın heyətində meydana çıxdığı 42 rəsmi matçda 1 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

saytlarin hazirlanmasi

Seçilən
13
2
sportal.az

3Mənbələr