Amerikanın “Los Anceles” klubunda çıxış edən hücumçu Olivye Jiru karyerasını Fransa çempionatında davam etdirə bilər.
Apasport.az xəbər verir ki, bu barədə "RMC Sport" məlumat yayıb.
Mənbənin məlumatına görə, "Lill" 38 yaşlı hücumçunu heyətinə qatmaqda maraqlıdır.
Olivyenin "Los-Anceles"lə hazırkı müqaviləsi 2025-ci ilin sonuna qədərdir. Jiru bu mövsüm MLS-də 10 oyun keçirib və 3 qol vurub.
O, daha əvvəl "Milan", "Arsenal" və bir sıra digər Avropa klublarında çıxış edib.
Müller MLS klubuna keçə bilər
"Barsa" "Yunayted"in hücumçusu ilə maraqlanır
Ronaldo "Əl-Nəsr"də qalacaq
Mbappe daha bir oyunu buraxacaq
“Barsa”nın “Kamp Nou”ya qayıdacağı vaxt müəyyənləşib