"Karvan" klubu bu gün iki müdafiəçisi ilə vidalaşıb. 

Offsideplus.az xəbər verir ki, Yevlax təmsilçisi İzzət Müştaqov və Elvin İsmayılovla başa çatan müqavilələri yeniləməyib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 

Hər iki oyunçu 2023-cü ilin yayından "Karvan"ın formasını geyinirdi.

Qeyd edək ki, "Karvan" bunadək Emil Qasımov, Ezekiel Morqan və Bəhruz Teymurovla da vidalaşıb.