AZ

Bərpa olunan enerji layihələrində özəl sektorun iştirakı üçün hansı təşviq mexanizmləri var?

Bakı. Trend:

Qanunvericilik sahəsində həyata keçirilən islahatlar bərpaolunan enerji layihələrinin inkişafını asanlaşdırmağa vəinvestisiyaların cəlb olunmasına kömək edir.

Bunu Trend-əaçıqlamasında Energetika Nazirliyi yanında Bərpa Olunan EnerjiMənbələri Dövlət Agentliyinin Layihələrin idarə edilməsi şöbəsininmüdiri Cəbrayıl Əliyev deyib.

Şöbə müdiri xatırladıb ki, Prezident İlham Əliyevin 1 fevral2024-cü il tarixli Fərmanı ilə “İnvestisiya təşviqi sənədininverilməsi nəzərdə tutulan strateji investisiya layihələrininistiqamətləri” təsdiq edilib.

Sözügedən Fərmanla bərpa olunan enerji mənbələri hesabına enerjiistehsalı, tullantıların idarə olunması və dövlət-özəl tərəfdaşlığıistiqamətləri üzrə layihələr dəstəklənir. Eyni zamanda, 2024-cü ildekabr 16-dan Vergi Məcəlləsi və “Gömrük tarifi haqqında” Qanundaedilən dəyişikliklərlə investorlara bir sıra güzəştlər tətbiqedilir.

“Belə ki, Nazirlər Kabinetinin müəyyən etdiyi məbləğdən aşağıolmayan elektrik enerjisi istehsalı layihələrində iştirak edənfərdi sahibkarlar və hüquqi şəxslər, Energetika Nazirliyinintəsdiqedici sənədi əsasında, “Elektrik enerjisinin istehsalındabərpa olunan enerji mənbələrindən istifadə haqqında” Qanuna uyğunolaraq bağlanmış satınalma müqaviləsi ilə müəyyən olunmuş müddətə,lakin 30 ildən çox olmamaqla (tikinti dövrü də daxil olmaqla),texnika, texnoloji avadanlıq və qurğuların idxalına görə əlavədəyər vergisindən və gömrük rüsumundan azaddırlar.

Dövlət-özəl tərəfdaşlığı və ya dövlətin satınalma öhdəliyiəsasında həmin layihələrdə iştirak edən fərdi sahibkarlar və hüquqişəxslər, eyni müddətə gəlir vergisi, mənfəət vergisi, əmlak vergisivə torpaq vergisindən azaddırlar. Bu, bərpa olunan enerjilayihələrinin inkişafını asanlaşdırmağa və investisiyaların cəlbolunmasına kömək edir. Qeyd olunan dəyişikliklər xüsusən bərpaolunan enerji sahəsindəki investisiyaları stimullaşdırmağa vəölkənin yaşıl enerji sektorunun inkişafını sürətləndirməyəyönəlib”, - deyə C.Əliyev qeyd edib.

Seçilən
19
1
az.trend.az

2Mənbələr