AZ

Kəbə örtüyü dəyişdirildi

Səudiyyə Ərəbistanında Məscidül-Həram və Peyğəmbər Məscidinin İşləri üzrə Baş İdarə Kəbə örtüyünün dəyişdirilməsinin ötən gecə 154 nəfərlik ekspert qrupu tərəfindən həyata keçirildiyini açıqlayıb.

Sitat.info xəbər verir ki, 47 ədəd parçadan ibarət, 1415 kiloqramlıq örtünün dəyişdirilməsi prosesi saatlarla çəkib. Kəbənin örtüyünün hazırlanmasında təxminən 825 kiloqram xalis ipək, 180 kiloqram gümüş və qızıldan istifadə olunub.

Yenisi ilə əvəz edilən köhnə örtük zəmzəm suyu ilə yuyularaq muzeylərdə nümayiş olunmaq üçün İslam ölkələrinə göndərilir.

Gümüş və qızıldan hazırlanmış Kəbə kəmərində Quran ayələri var. Dünyanın ən böyük tikiş maşını ilə istehsal edilib. 
 Səudiyyə Ərəbistanı hər il Zilhiccə ayının 9-u, Ərəfə günü Kəbənin örtüyünü dəyişdirirdi, lakin 2022-ci ildə bu adət dəyişdirildi və örtünün yenilənməsi hicri ilin birinci günü Məhərrəm ayının 1-ə keçirildi.

Səid,

Sitat.info

Seçilən
38
sitat.info

1Mənbələr