AZ

"Karvan" iki futbolçusu ilə yollarını ayırdı - RƏSMİ

2025/2026 mövsümündə Azərbaycan Premyer Liqasında iştirak edəcək "Karvan" iki futbolçusu ilə əməkdaşlığa son qoyub.

Fanat.Az xəbər verir ki, məlumatı Yevlax təmsilçisinin mətbuat xidməti yayıb.

Bölgə klubu İzzət Müştaqov və Elvin İsmayılovla yollarını ayırıb. Hər iki oyunçunun başa çatan müqavilələrinin müddəti uzadılmayıb.

Qeyd edək ki, "Karvan" 2024/2025 mövsümündə I Liqada üçüncü yeri tutub.

Seçilən
29
8
fanat.az

9Mənbələr