AZ

Bakıda yeni söküntü dalğası: Kompensasiya nə qədərdir və sakinlər nədən narazıdırlar?

Paytaxtın Binəqədi, Sabunçu və Suraxanı rayonlarında istismar müddəti başa çatmış binaların sökülməsi ilə bağlı növbəti mərhələyə start verilib.

Bizim.Media xəbər verir ki, söküntü işlərinin nəzərdə tutulduğu təqribi ünvanlara, Binəqədi rayonunda Ağa Nemətulla küçəsi, ev 13 və Dəmiryol küçəsi, ev 19, bundan başqa, Suraxanı rayonunda yerləşən Xanlar Ələkbərov küçəsi, ev 87, Sabunçu rayonu üzrə isə M.Frunze küçəsi, ev 16, 6-cı Mədən küçəsi, ev 38, Məmmədəliyev küçəsi, ev 32 və Babək küçəsi, ev 23 aiddir.

Görülən işlərlə bağlı Sabunçu rayon Babək küçəsi, ev 23 ünvanında yaşayan sakinlərin sözlərinə görə, ərazidən artıq 20-dən çox ailə də köçürülüb, kompensasiya da bəllidir, amma sakinləri qane etməyən məqamlar var.

Bunlardan biri artırmaların hesablanmamasıdır.

Tikinti ekspertləri qeyd ediblər ki, söküntü işləri Baş Plana əsasən reallaşdırılır. Söküləcək bəzi binaların yerində isə park, yeni yaşıllıq zonalarının salınması nəzərdə tutulur. Qəzalı bina sakinlərinə ödəniləcək kompensasiyanın məbləğinə gəlincə, ekspertlər deyiblər ki, əlavə artırmalar da nəzərə alınır.

Kompensasiya zamanı dövlət ehtiyacları üçün alınma varsa, 20 faiz əlavə hissə və yaxud məbləğin ödənilməsi ilə bağlı qərar tələb şəklində qoyulub.

Bizim.Media

Seçilən
11
20
bizim.media

10Mənbələr