AZ

Stas Pokatilov və Anatoli Nuriyev daha 1 il “Sabah”da!

Azərbaycanı Avropa Liqasında təmsil edəcək “Sabah” klubu qazaxıstanlı qapıçısı Stas Pokatilov ilə müqavilənin müddətini artırıb.

Arena.az xəbər verir ki, bu barədə paytaxt təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Qazaxıstan millisinin üzvü ilə mövsümün sonunda başa çatmış sözləşmənin müddəti daha bir il uzadılıb. Bir sözlə, Pokatilov 2026-ci ilin 30 iyununadək “Sabah”ın uğurları üçün çalışmağa davam edəcək.

Xatırladaq ki, Stas Pokatilov 2025-ci ilin yanvarından “Sabah”ın uğurları üçün çalışır. O, son mövsümdə komandanın heyətində ümumilikdə 19 oyun keçirib.

“Sabah” yarımmüdafiəçisi Anatoli Nuriyevlə də yeni müqavilə bağlayıb. 29 yaşlı futbolçunun mövsümün sonunda başa çatmış müqaviləsi daha bir il müddətinə uzadılıb. O da 2026-cı ilin 30 iyununa kimi “Sabah”da çıxış etməyə davam edəcək.

Azərbaycan millisinin üzvü olan futbolçu 2022-ci ildən “Sabah”ın heyətində çıxış edir. O, bu müddət ərzində komandada 105 oyun keçirib və 12 qol vurub.

“Sabah” daha öncə Rəhman Daşdəmirovla da yeni müqavilə imzalandığını açıqlamışdı. Şakir Seyidov, Con İrasabal və Namiq Ələsgərov isə komandanı tərk ediblər. Paytaxt klubu gedənlərin əvəzində hələlik Akim Zedadkanı transfer edib. Rüstəm Samiqullin, Fəxri Məmmədli və Rauf Rüstəmli də icarədən qayıdıblar.

Seçilən
13
11
arena.az

10Mənbələr