AZ

Neftçi daha bir legioneri göndərməyi planlaşdırır onu razı salmaq lazımdır

Sportal.az saytından alınan məlumata görə, ain.az bildirir.

Mövsüm başa çatdıqdan sonra 12 futbolçu ilə yollarını ayırmış "Neftçi" daha bir neçə oyunçunun gedişinə çalışır.

Sportal.az saytına verilən məlumata görə, "ağ-qaralar" Alfa Konteni də yola salmaq barədə düşünür. Hazırda syerre-leonalı futbolçu ilə danışıqlar davam edir.

Klub onun qüvvədə olan müqaviləsinə vaxtından əvvəl qarşılıqlı razılıq əsasında xitam verməyi planlaşdırır. 

25 yaşlı futbolçunun “Neftçi” ilə müqavilə müddəti 2027-ci il iyunun 30-na qədərdir. O, 2024-cü il yanvarın 16-da “Lokomotiv”dən(Plovdiv) “Neftçi”yə keçib. Konte “Sentral Parade”(Syerre-Leona), “Umm al-Fam”, “Rişon Le-Tzion”(hər ikisi İsrail) klublarında çıxış edib.

saytlarin hazirlanmasi

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
4
2
sportal.az

3Mənbələr