AZ

“Ədalət aldatmacası qəbuledilməzdir”

ABŞ prezidenti Donald Tramp İsrailin baş naziri Benyamin Netanyahuya qarşı korrupsiya məhkəməsini “cadugər ovu” adlandırıb və məhkəmənin dərhal ləğv edilməsini istəyib.

Tramp “Truth Social” hesabında mesaj paylaşıb.

Netanyahu və onun cəhənnəmdən birlikdə keçdiyini və İsrailin əzəli düşməni İrana qarşı böyük qələbə qazandıqlarını iddia edən Tramp, İsrailin yaşaması üçün mübarizə apardıqlarını bildirib.

İsrail tarixində heç kimin Netanyahu qədər qətiyyətlə döyüşmədiyini iddia edən Tramp, Netanyahunun iyunun 30-da məhkəməyə çağırılmasını “cadugər ovu” kimi qiymətləndirib.

Netanyahunun daha ​​yaxşısına layiq olduğunu iddia edən və İsrail baş naziri üçün tərifli sözlər işlədən Tramp, “Benyamin Netanyahunun işi dərhal ləğv edilməli və ya dövlət üçün bu qədər iş görən böyük qəhrəman əfv edilməlidir” deyib.

Netanyahu kimi onunla heç kimin işləyə bilməyəcəyini də ifadə edən Tramp, “ABŞ İsraili xilas etdi, indi də ABŞ Benyamin Netanyahunu xilas edəcək. Bu sözdə ədalət aldatmacası qəbuledilməzdir!”

Seçilən
6
vaxt.az

1Mənbələr