AZ

Ermənistanda dövlət çevrilişinə cəhdə görə 15 NƏFƏR HƏBS EDİLDİ


Ermənistanda hakimiyyətin silahlı yolla ələ keçirilməsi cəhdi ilə bağlı artıq 15 nəfər həbs edilib.

Gender.az xəbər verir ki, bu barədə ölkənin İstintaq Komitəsindən məlumat verilib.

Məlumata görə, məhkəmə istintaqın təqdim etdiyi bütün vəsatətləri təmin edib və təqsirləndirilən şəxslər, o cümlədən "Müqəddəs mübarizə" hərəkatının lideri arxiyepiskop Baqrat Qalstanyan barəsində həbs qətimkan tədbiri seçilib.

İstintaq Komitəsi bildirib ki, axtarışlar zamanı elektrik naqillərinə və internet rabitəsinə zərər vurmaq üçün nəzərdə tutulmuş çox sayda oddantəhlükəli əşyalar aşkar edilib.

Xatırladaq ki, iyunun 25-də Ermənistan İstintaq Komitəsi "Müqəddəs mübarizə" hərəkatının üzvləri tərəfindən hakimiyyəti ələ keçirməyə yönəlmiş terror aktlarının hazırlanmasının qarşısının alınması barədə məlumat yayıb.

Arxiyepiskop Qalstanyan və tərəfdarlarının evlərində genişmiqyaslı axtarışlar aparılıb və həmin axşam məhkəmə onların həbsi barədə qərar çıxarılıb.

Ermənistanda "Daşnaksütyun" Partiyasının üzvü İqor Sarkisyan və fəal Aqvan Arşakyan iki ay müddətinə həbs ediliblər.

İrəvan məhkəməsi həmçinin "Müqəddəs mübarizə" hərəkatının tərəfdarı Lidiya Mantaşyanı da iki ay müddətinə həbs edib.

Eyni zamanda, məhkəmə arxiyepiskop Baqrat Qalstanyanın köməkçisi Movses Şarbatyan barəsində də iki ay müddətinə həbs qərarı verib.

Həmçinin diakon Qrayr Akopyan və biznesmen Tiqran Qalstyan da məhkəmənin qərarı ilə iki ay müddətinə həbs ediliblər.

Erməni Apostol Kilsəsinin arxiyepiskopu Baqrat Qalstanyan hakimiyyəti ələ keçirməyə cəhd işi üzrə iki ay müddətinə həbs edilib.

Vəkilin sözlərinə görə, qərardan apellyasiya şikayəti veriləcək.

Ermənistan İstintaq Komitəsi Qalstanyan və daha on nəfərdən çox şəxsi hakimiyyəti zorakı yolla ələ keçirməyə və terror aktlarına hazırlıqda iştirakda ittiham edir.

İş üzrə bir neçə şəxs, o cümlədən David Qalstanyan və arxiyepiskopun köməkçisi Movses Şarbatyan artıq saxlanılıblar.

Həbs edilənlər, hakimiyyətin iddiasına görə, qarşısı alınmış çevriliş cəhdinin arxasında duran "Müqəddəs mübarizə" hərəkatı ilə əlaqəlidirlər.

Dünən Ermənistan İstintaq Komitəsi arxiyepiskop Qalstanyan və onun silahdaşlarını respublikada hakimiyyəti ələ keçirmək məqsədilə terror aktları hazırlamaqda ittiham edib.

Hüquq-mühafizə orqanları hərəkat tərəfdarlarının mənzillərində və Qalstanyanın evində axtarışlar aparıb.

Arxiyepiskopa qarşı ittihamı şərh edən Paşinyan bildirib ki, hüquq-mühafizə orqanları respublikada vəziyyəti destabilləşdirmək və hakimiyyəti ələ keçirmək üçün "kriminal oliqarxik ruhanilərin" "genişmiqyaslı və qorxunc planının" qarşısını alıblar.
Seçilən
9
2
gender.az

3Mənbələr